Yazını böyüt
Yazını kiçilt
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə Rusiya lideri Vladimir Putinlə görüşməyə razılıq verib.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. İbrahim Kalın sözlərinə görə, Zelenski Prezident Ərdoğanla söhbətində Putinlə Türkiyədə danışıqlara hazır olduğunu deyib.
Ukrayna lideri Putinlə Ankara və ya İstanbul şəhərlərində görüşməyə razılaşıb.
Qeyd edək ki, sabah Ərdoğan və Putin arasında telefon danışığı olacaq.